Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da xəstəxanalar xidmətləri dayandı - SƏBƏB

ABŞ-da xəstəxanalar xidmətləri dayandı - SƏBƏB

Tarix: 5 Avqust 2023 07:34

ABŞ-ın Kaliforniya, Texas, Konnektikut, Rod-Aylend, Pensilvaniya ştatlarında xəstəxanalara edilən kiberhücum nəticəsində səhiyyə xidmətləri dayandırılıb.

Sonxeber.net "report"a istinadən bildirir ki, xəstəxanalardakı kompüter sistemlərinə edilən kiberhücum bəzi xidmət otaqlarının bağlanmasına və təcili yardım maşınlarının yönləndirilməsinə səbəb olub. Kibertəhlükəsizlik qrupları problemi həll etmək üçün işə başlasa da, bir çox insan sağlamlıq xidmətlərindən məhrum olub. Bir çox xəstə müalicə üçün başqa xəstəxanalara göndərilib.

"Kiberhücum haqqında öyrəndikdən sonra onları qorumaq üçün sistemlərimizi oflayn vəziyyətə saldıq və kibertəhlükəsizlik mütəxəssislərinin köməyi ilə araşdırma başlatdıq. Araşdırmalarımız davam etdikcə, biz mümkün qədər tez normal əməliyyatlara qayıtmaq üçün səylə çalışırıq və diqqətimizi xəstələrimizin təcili ehtiyaclarını qarşılamağa yönəldirik", - "Prospect Medical Holding"-dən verilən açıqlamada bildirilib.


Etiketlər:  ABŞ xəstəxanalar xidmətləri dayandı SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ