Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Parisdə dünya çempionatı təxirə salındı

Parisdə dünya çempionatı təxirə salındı

Tarix: 5 Avqust 2023 20:38

Sena çayında suyun çox çirkli olması ilə əlaqədar Parisdə açıq suda üzgüçülük üzrə dünya çempionatının üzmə yarışları təxirə salınıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Fransa Üzgüçülük Federasiyası qərar qəbul edib.

Federasiya məşqləri də ləğv etməyə məcbur olub. Şənbə və bazar günləri yarışların keçirilməsi üçün təhlükənin olması barədə xəbərdarlıq edib.

Bildirilib ki, sudan götürülən yeni nümunələr analiz edildikdən sonra yarışlarla bağlı qərar veriləcək.

Məşqlərin ləğv edilməsinə və yarışların təxirə salınmasına səbəb kimi paytaxt regionunda artıq bir neçə gündür davam edən güclü yağışlar göstərilir.


Etiketlər:  Parisdə dünya çempionatı təxirə salındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ