Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bizdə plan olmur, asılı adamıq...” - Balayevin 75-ci ili

“Bizdə plan olmur, asılı adamıq...” - Balayevin 75-ci ili

Tarix: 7 Avqust 2023 18:25

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə xalq artisti Rasim Balayev "İstiqlal" ordeni ilə təltif edilib.

Milli.Az xəbər verir ki, "qafqazinfo" sabah 75 yaşını qeyd edəcək aktyorla əlaqə saxlayıb.

Ad gününü ailəsi və qohumları ilə birlikdə evində qeyd edəcəyini deyən aktyor ilk növbədə təltif olunduğu "İstiqlal" ordeni ilə bağlı Prezidentə təşəkürünü bildirib: "Bundan sonrakı fəaliyyətimdə nələrin olacağını ancaq gələcək göstərəcək. Bizdə plan olmur. Aktyor asılı adamdır. Rejissor çağıra da bilər, çağırmaya da..."

Qeyd edək ki, Rasim Balayev 1948-ci ildə Ağsu rayonunda anadan olub. Aktyor "Nəsimi", "Babək", "Dədə Qorqud" kimi məşhur filmlərdə canlandırdığı obrazları ilə sevilib. O, 1976-cı ildə "Əməkdar artist", 1982-ci ildə "Xalq artisti", 1998-ci ildə "Şöhrət" 2018-ci ildə "Şərəf" ordeni fəxri adları ilə təltif olunub.

Milli.Az


Etiketlər:  Bizdə plan olmur asılı adamıq Balayevin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ