Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Azərbaycanın 36 ton moruğunu niyə geri qaytarıb?

Rusiya Azərbaycanın 36 ton moruğunu niyə geri qaytarıb?

Tarix: 8 Avqust 2023 21:40

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiya Federasiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə istinadən bəzi kütləvi informasiya vasitələrində bu ölkəyə ixrac olunan 36 ton təzə moruq məhsulunun geri qaytarılması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

AQTA-dan Milli.Az-a bildirilib ki, qeyd edilən məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı hər hansı nöqsan müəyyən olunmayıb, uyğunsuzluq məhsulların etiket məlumatları ilə bağlı olub:

"Moruq partiyaları geri qaytarıldıqdan sonra etiket məlumatlarındakı uyğunsuzluq aradan qaldırılaraq, məhsul 2023-cü il 8 avqust tarixində yenidən Rusiya Federasiyasına ixrac edilib".

Milli.Az


Etiketlər:  Rusiya Azərbaycanın moruğunu niyə geri qaytarıb


RƏYLƏR