Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünya şöhrətli aktrisanın sevgilisi 57 yaşında öldü - FOTO

Dünya şöhrətli aktrisanın sevgilisi 57 yaşında öldü - FOTO

Tarix: 8 Avqust 2023 23:20

Aktrisa Sandra Bullokun sevgilisi, fotoqraf Brayan Randall amiotrofik yanal sklerozla üç illik mübarizədən sonra 57 yaşında vəfat edib.

Milli.Az olay-a istinadən bildriir ki, aktrisa sevgilisinin son anına qədər yanında olub və ona qulluq edib. 

"Brayan xəstəliyini gizli saxlamağı seçdi və onun xahişini yerinə yetirmək üçün mümkün olan hər şeyi etdik" - deyə B.Randallın ailə açıqlamasında deyib. 

Qeyd edək ki, amiotrofik yanal skleroz (ALS) mərkəzi sinir sisteminin xroniki degenerativ zədələnməsidir. Proqressiv əzələ iflici olan xəstələrdə zamanla nitq, udma və nəfəs alma ilə bağlı problemlər yaranır. Bu xəstəlik adətən bir neçə il sonra ölümlə nəticələnir. 

Milli.Az


Etiketlər:  Dünya şöhrətli aktrisanın sevgilisi 57 yaşında öldü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ