Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oğrular mağazanı 49 saniyəyə soydular - ANBAAN VİDEO

Oğrular mağazanı 49 saniyəyə soydular - ANBAAN VİDEO

Tarix: 11 Avqust 2023 08:02

İki residivist oğru 49 saniyə ərzində Krımın Aluşta şəhərindəki mağazadan külli miqdarda avadanlıq oğurlayıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, mağaza gecə saatlarında qarət edilib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğa görə əvvəllər məhkum olunmuş 44 və 46 yaşlı Simferopol şəhər sakini olan iki nəfər saxlanılıb.

Oğrular 49 saniyə ərzində mağazadan 310 min rubl (5 403 manat - red.) dəyərində smartfon, smart saat və mulyaj oğurlaya biliblər. Həbs olunana qədər onlar avadanlıqların artıq bir hissəsini satıblar. Qalanı isə zərərçəkənə qaytarılıb.

Hadisə ilə bağlı oğurluq maddəsi ilə cinayət işi açılıb. Cinayətkarları altı ilə qədər həbs gözləyir.


Etiketlər:  Oğrular mağazanı saniyəyə soydular ANBAAN VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ