Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2023 11:34
Valyuta rejimini tənzimləyən qaydalar təkmilləşdirilir.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, mövcud qaydalara Mərkəzi Bankın İdarə Heyətinin Qərarı ilə dəyişikliklər edilib.
Dəyişikliklərə əsasən, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilib.
"Köçürmə formasından asılı olmayaraq 20 min ABŞ dolları ekvivalentinədək aylıq limit müəyyən edilib."
Həmçinin fiziki şəxslərin təkcə özünün deyil, digər şəxslərin də xaricə səfərləri ilə bağlı nəqliyyat və otel xərclərini ödəmək imkanı nəzərdə tutulub.
Bununla yanaşı, beynəlxalq təcrübə də nəzərə alınmaqla Azərbaycana ait bank kartları vasitəsilə, fiziki şəxslər tərəfindən ölkə hüdudlarından kənarda təqvim ayı ərzində 10 min ABŞ dolları ekvivalentinədək məbləğdə pul vəsaitinin nağdlaşdırıla biləcək.
İqtisadçı ekspert Elşad Məmmədov qeyd edib ki, Mərkəzi Bank tərəfindən tətbiqi nəzərdə tutlan yeni qaydalar xarici ticarətə stimul verəcək
Elşad Məmmədov qeyd edib ki, xarici valyutada əməliyyatlarının aparılmasının sadələşdirilməsi məqsədə uyğundur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.