Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nömrəsiz moped sürənlərə son möhlət verildi - VİDEO

Nömrəsiz moped sürənlərə son möhlət verildi - VİDEO

Tarix: 11 Avqust 2023 15:30

Paytaxt yollarında hələ də dövlət qeydiyyat nişanı olamadan moped idarə edən şəxslərə rast gəlinir.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bununla bağlı moped sürənlərə növbəti dəfə xəbərdarlıq edib. Bildirilib ki, sözügedən nəqliyyat vasitələrinin qeydiyyatla bağlı proses təxirə salınmadan icra edilməlidir.

İdarənin baş inspektoru Araz Əsgərlinin sözlərinə görə, mopedlərin dövlət qeydiyyatına alınması və sürücülük hüququ olmadan idarə edilməsinin qarşısını almaq məqsədi ilə nəzarət profilaktik tədbirlər davam etdiriləcək.

Sürücülük vəsiqələri ilə bağlı yeni qaydaların qüvvəyə minməsi moped idarə edənlərin sayına təsirsiz ötüşməyib. Belə sürücülərin paytaxt yollarında kifayət qədər azaldığı müşahidə edilir. Bunu kuryerliklə məşğul olan şəxslərin özləri də təsdiqləyir.

Qeyd edək ki, yeni qaydaların tətbiqinin əsas səbəblərindən biri də xüsusi ilə motosikilet və moped sürücülərinin iştirakı ilə baş verən qəzalar zamanı neqativ halların aradan qaldırılmasıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


Etiketlər:  Nömrəsiz moped sürənlərə möhlət verildi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ