Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda maşın maneəyə çırpılıb yandı

Bakıda maşın maneəyə çırpılıb yandı

Tarix: 12 Avqust 2023 09:52

Bakıda yanğınla nəticələnən qəza olub.

Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Binəqədi rayonunda "Toyota" markalı minik avtomobilinin yol kənarındakı dəmir maneəyə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az


Etiketlər:  Bakıda maşın maneəyə çırpılıb yandı


RƏYLƏR