Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2023 10:04
Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Çinə polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 39 faiz artıraraq, 21,6 milyon dollara çatdırıb.
Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildirilib.
İyul ayında Türkiyənin Çinə polad məhsulları ixracatı 2022-ci ilin eyni ayı ilə müqayisədə 13 faiz azalaraq, 2,2 milyon dollar olub.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 37,8 faiz azalaraq, 8,3 milyard dollara bərabər olub.
Bu ilin iyul ayında Türkiyə 1,2 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 27,2 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 16 milyard dollar məbləğində polad məhsulları ixrac edib.