Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya zəifləyib, Türkiyə nəzarətə götürür - Petrosyan

Rusiya zəifləyib, Türkiyə nəzarətə götürür - Petrosyan

Tarix: 12 Avqust 2023 10:28

Türkiyə Rusiya və Qərblə dialoqda Cənubi Qafqazda təsir dairəsi üçün aktiv şəkildə "bazarlıq" edir. Ankaranın addımları da buna hesablanıb.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bunu erməni şərqşünas Armen Petrosyan deyib.

Petrosyan bildirib ki, Türkiyənin Cənubi Qafqaz siyasəti daha geniş proseslərin nəticəsidir:

"Yəni qlobal dünya düzənində baş verən köklü dəyişikliklərdən istifadə edən Ankara Qafqazda özünü təsdiqləməyə və maksimum dividentlər əldə etməyə çalışır".

Onun sözlərinə görə, Rusiyanın Cənubi Qafqazda təsirinin zəifləməsi göz qabağındadır:

"Hazırda bu boşluğu kimin dolduracağıyla bağlı rəqabət mövcuddur. Türkiyə rəhbərliyinin diplomatik leksikonunda son vaxtlar Ermənistan, Qarabağ, Ermənistan-Azərbaycan münasibətləri kimi sözlər daha çox yer alır. Üstəlik, Türkiyənin həm Qərb, həm də Rusiya ilə dialoqunda Cənubi Qafqaz mövzusu fəal şəkildə müzakirə olunur. Türkiyə Qərblə danışıqda hər şəkildə özünü Cənubi Qafqazda Rusiyaya alternativ olaraq ortaya qoyur. Bununla da Qərbin maraqlarını müdafiə etdiyini açıq şəkildə göstərir. Ankara Moskva ilə dialoqda isə tamamilə fərqli taktikadan istifadə edir və Rusiyanın təsirinin zəifləməsi ilə Qərb ekspansiyasının qarşısını almağa hazır olduğunu bildirir".

Milli.Az


Etiketlər:  Rusiya zəifləyib Türkiyə nəzarətə götürür Petrosyan


RƏYLƏR