Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə təbii qaz ixracında tətbiq olunacaq prinsiplər müəyyən edilib

Türkiyədə təbii qaz ixracında tətbiq olunacaq prinsiplər müəyyən edilib

Tarix: 12 Avqust 2023 14:12

Türkiyədə təbii qaz ixracında tətbiq olunacaq prinsiplər müəyyən edilib.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, müvafiq qanunvericiliyin müddəalarına zidd olmamaq şərti ilə ötürücü şirkət hər bir ixrac çıxış nöqtəsində tətbiq olunacaq tutumun qiymətini sərbəst müəyyən edəcək.

Ötürücü şirkət növbəti təqvim ilində hər bir ixrac çıxış məntəqəsində tətbiq olunacaq ötürmə qabiliyyəti haqqını və bu haqqın tətbiqi şərtlərini hər ilin noyabr ayında müəyyən edəcək və öz internet səhifəsində elan edəcək.

Qeyd edək ki, qərar yalnız boru kəməri vasitəsilə təbii qazın nəqli fəaliyyəti ilə məşğul olan lisenziya sahiblərinə aiddir.

Milli.Az


Etiketlər:  Türkiyədə təbii qaz ixracında tətbiq olunacaq prinsiplər müəyyən edilib


RƏYLƏR