Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ROKETSAN-ın zond raketi uğurla buraxılıb - VİDEO

ROKETSAN-ın zond raketi uğurla buraxılıb - VİDEO

Tarix: 12 Avqust 2023 23:04

"Roketsan" şirkəti tərəfindən qabaqcıl mühəndislik texnologiyaları ilə hazırlanmış zond raketi İğneadadan uğurla buraxılıb.

Milli.Az-ın TurkicWorld-a istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Müdafiə Sənayesi Rəyasət Heyətinin rəsmi sosial media hesabında paylaşım edilib.

"Ölkəmizin kosmosa çatma səyləri çərçivəsində qabaqcıl mühəndislik texnologiyalarımızla hazırlanmış zond raketimiz İğneadadan uğurla buraxılıb", - deyə paylaşımda qeyd olunub.

Bildirilib ki, raketin bütün kritik alt sistemləri yerli, milli və unikal şəkildə hazırlanıb.

Milli.Az


Etiketlər:  ROKETSAN zond raketi uğurla buraxılıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ