Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2023 06:26
Rusiya elitası Vladimir Putini devirməyə belə cəhd etmir. Buna görə də Ukraynaya qarşı müharibədə uduzduqdan sonra Rusiyada vətəndaş müharibəsi başlaya bilər.
Sonxeber.net Axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Podolyakın sözlərinə görə, rus əsgərləri evə qayıdanda elita tərəfindən aldadıldıqları və onları Ukraynaya göndərilənlərə nifrət hissi yaranacaq.
O bildirib ki, belə ssenaridə Putin Rusiyada daxili vəziyyəti saxlaya bilməyəcək:
"Ona görə də Rusiya siyasi rejiminin transformasiyası və dünya ilə normal münasibətlərin bərpa prosesinə başlamaq üçün elita hakimiyyəti mümkün qədər tez ələ keçirməlidirlər".