Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Neymar “Əl-Hilal” futbol klubundan təklif aldı

Neymar “Əl-Hilal” futbol klubundan təklif aldı

Tarix: 13 Avqust 2023 18:22

Fransanın "PSJ" futbol klubunun braziliyalı hücumçusu Neymar Səudiyyə Ərəbistanının "Əl-Hilal" futbol klubundan təklif alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano X-də məlumat yayıb.

Mənbənin məlumatına görə, "Əl-Hilal" Fransa komandasına böyük məbləğ təklif edib.

Hazırda danışıqlar aparılır. Braziliyalının keçiddə maraqlı olduğu qeyd edilib.

Neymarın 31 yaşı var, 2017-ci ildə dünya futbolu üçün rekord məbləğə - 222 milyon avroya "Barselona"dan "PSJ"yə keçib. Fransa komandasının tərkibində forvard 173 oyun keçirib, 118 qol vurub, 77 məhsuldar ötürmə edib.

Milli.Az


Etiketlər:  Neymar Əl Hilal futbol klubundan təklif aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ