Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2023 07:22
Alimlər bəzi ölkələrdə COVID 19-un "Omicron" ştammının başqa bir variantı "Eris"in meydana gəldiyini bildiriblər. Ümumdünya Səhiyyə Təşkilatı bu virusun artıq dünyanın 51 ölkəsində aşkarlandığını qeyd edib. Səlahiyyətli şəxslər hazırda bununla bağlı dəqiq məlumat verməyin tez olduğunu bildirsələr də, bu insanları yeni bir pandemiyanın gözlədiyi həqiqətini dəyişmir.
Sonxeber.net referans.az-a istinadən xəbər verir ki, Yunanıstanda Afina-Pire xəstəxansının həkimləri assosiasiyasının prezidenti Matina Pagonis bildirib ki, "Eris" ştammı, COVID-19-un hələ bitmədiyini və mutasiyaların davam etdiyini göstərir. Hazırda onun simptomlar zəif görünür.
Ancaq buna baxmayaraq, xroniki xəstəlikləri olan insanlara və yaşlı insanlar xüsusi qayğı göstərməlidirlər. Sosial məsafə kimi tədbirlər həyata keçirilməlidir.Alimlər bu virusun sentyabrda kəskinləşməsindən narahatdır:
"Hazırda "Eris"in yavaş-yavaş yayıldığı görünə bilər. Bu, yay tətili və məktəblərin bağlanması ilə əlaqədardır. Ancaq sentyabrda ninsanlar ofislərə qayıtmağa başlayacaq, məktəblər açılacaq və hava şəraiti səbəbindən daha çox insan qapalı yerlərdə daha çox vaxt keçirəcək. Bu da öz növbəsində xəstəliyin artmasına səbəb ola bilər".
"Eris"in simptomları bunlardır:
- Baş ağrısı
- Halsızlıq
- Boğazda bəlğəm yığılması
- Burun axıntısı
- Boğaz ağrısı
- Bir-iki gün davam edən yüksək temperatur.
Qeyd edək ki, "Eris" ştammı xüsusilə Krit kimi turizm kurortlarında yayılıb. Tibb ekspertləri bundan qorunmaq üçün əlləri tez-tez yumağı, antiseptik vasitələrdən istifadəni, lazım olduğu hallarda maska taxmağı, simptomlar yüngül olarsa, evdə qalıb insanlarla ünsiyyət qurmamağı bildirirlər.