Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ helikopterləri Polşa-Belarus sərhədini bağlayacaq

ABŞ helikopterləri Polşa-Belarus sərhədini bağlayacaq

Tarix: 14 Avqust 2023 07:40

Polşa Belarusla sərhəd bölgəsini ABŞ helikopterləri ilə əhatə etməyi planlaşdırır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Polşa Milli Müdafiə Nazirliyinin rəhbəri Mariuş Blaşak bildirib.

Onun sözlərinə görə, Varşava ABŞ Konqresinin qərarını gözləyir. Qanunverici orqan gələn həftə Polşanın Abrams tankları və helikopterlərlə bağlı müraciətini təsdiq etməlidir. Blaşak iddia edir ki, bu tanklar və helikopterlər Belarusla keçilməz bir sədd təşkil edəcək.

O, həmçinin əlavə edib ki, Cənubi Koreyanın K2 tankları, FA-50 döyüş təyyarələri və HIMARS artilleriya sistemləri artıq sərhədin bu hissəsində yerləşdirilib.

Milli.Az


Etiketlər:  ABŞ helikopterləri Polşa Belarus sərhədini bağlayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ