Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

La Liqa: “Barselona” səfərdə xal itirib

La Liqa: “Barselona” səfərdə xal itirib

Tarix: 14 Avqust 2023 08:24

İspaniya La Liqasının birinci turunda "Xetafe" doğma meydanda ötən mövsümün çempionu "Barselona"nı qəbul edib.

Milli.Az "report"a istinadən bildirir ki, matçın qolsuz heç-heçə ilə başa çatmasına baxmayaraq, oyunda üç qırmızı vərəqə qeydə alınıb.

Topa sahibolma göstəricisinə görə "Barselona"nın böyük üstünlüyü (75 %) ilə keçən oyunda təhlükəli vəziyyətlərin sayı çox olmayıb. Belə ki, "Xetafe" 2, "Barselona" isə 3 dəfə qapı çərçivəsinə zərbə endirə bilib.

Bununla belə, futbolçular sərt oyunla yadda qalıblar. Belə ki, oyunun 42-ci dəqiqəsində qeyri-peşəkar davranışına görə "Barselona"nın vingeri Rafinya birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 57-ci dəqiqədə isə Xayme Mata ikinci dəfə sarı vərəqə alıb və oyunu tərk edib. "Barselona"nın baş məşqçisi Xavi Hernandes də meydandan qovulanlar arasında olub.

Hakim oyun zamanı toplam 12 dəfə əlini cibinə atıb. Referi final fitini 106-cı dəqiqədə çalıb.

Milli.Az


Etiketlər:  La Liqa Barselona səfərdə xal itirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ