Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Stokholmda yenə Quran yandırıldı - VİDEO

Stokholmda yenə Quran yandırıldı - VİDEO

Tarix: 14 Avqust 2023 22:52

Stokholmda parlament binası yaxınlığında şəhər polisinin icazəsi ilə aksiya keçirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aksiya təşkilatçıları, əvvəllər analoji nümayişlərə görə barələrində nifrətin qızışdırılması maddəsilə artıq cinayət işi açılmış iraqlı miqrantlar Salvan Momika və Salvan Nəcəm Quranın bir neçə səhifəsini yandırıblar.

Bildirilir ki, Minttorget meydanına 20-si jurnalist olmaqla, 60-a yaxın insan toplaşıb. Yaxınlıqda dayanan müsəlmanlar aksiyaya etiraz ediblər. Onlardan biri "Kitab yandırmaq demokratiya deyil!", - deyə bəyan edib.

Milli.Az


Etiketlər:  Stokholmda yenə Quran yandırıldı VİDEO


RƏYLƏR