Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Salyanda qatar qadını vuraraq öldürüb

Salyanda qatar qadını vuraraq öldürüb

Tarix: 16 Avqust 2023 10:40

Salyanda qatar qadını vuraraq öldürüb.

Milli.Az bildirir ki, hadisə bu gün səhər saatlarında şəhərin "Süd zavodu" adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Arbatan kənd sakini, 1969-cu il təvəllüdlü Dadaşova Sədaqət Azadxan qızı dəmir yolunu keçmək istəyən zaman onu qatar vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, S.Dadaşovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Salyanda qatar qadını vuraraq öldürüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ