Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıtda kütləvi zəhərlənmənin ilkin səbəbi: bu dərmana görə...

Sumqayıtda kütləvi zəhərlənmənin ilkin səbəbi: bu dərmana görə...

Tarix: 16 Avqust 2023 20:30

Sumqayıt şəhərində kütləvi zəhərlənmənin ilkin səbəbi məlum olub.

Bu barədə Sumqayıt şəhər prokurorluğundan Sonxeber.net-a bildirilib ki, avqustun 16-da Sumqayıt şəhərində yerləşən sexlərdən birində işləyən 11 nəfər şəxsin zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasına müraciət etmələri barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı həmin şəxslərin həşərat əleyhinə dərman preparatından zəhərlənməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.


Etiketlər:  Sumqayıtda kütləvi zəhərlənmənin ilkin səbəbi dərmana görə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ