Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yevlaxda narkotik satışı və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Yevlaxda narkotik satışı və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Tarix: 17 Avqust 2023 10:46

Yevlaxda narkotik vasitələrin qanunsuz dövriyyəsində və oğurluq əməli törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Bu barədə Milli.Az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının son günlərdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - Elçin Qasımov, Zaur Əhmədov və Rəşxan Cəfərov saxlanılıblar. Onlardan ümumilikdə, 3 kiloqrama yaxın narkotik vasitə olan marixuana və heroin aşkar edilərək götürülüb.

Polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyatla oğurluq etməkdə şübhəli bilinən rayon sakini Murad Səmədov saxlanılıb. Onun rayonun Əkşəm kəndində yerləşən fərdi yaşayıṣ evindən nəğd pul və qızıl-zinət əşyaları oğurlamaqla 20.500 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Vətəndaşa dəymiş ziyanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər davam etdiriir.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

Milli.Az


Etiketlər:  Yevlaxda narkotik satışı oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb


RƏYLƏR