Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlin əvvəlindən Türkiyənin Almaniyaya hazır geyim məhsulları ixracı 1 milyard dolları ötüb

İlin əvvəlindən Türkiyənin Almaniyaya hazır geyim məhsulları ixracı  1 milyard dolları ötüb

Tarix: 17 Avqust 2023 15:44

Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Almaniyaya hazır geyim məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz azaldaraq 1,9 milyard dollara çatdırıb.

Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyul ayında Türkiyə Almaniyaya hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 10,2 faiz azaldaraq 275 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz azalaraq, 11,5 milyard dollara bərabər olub.

Bu ilin iyul ayında Türkiyə 1,6 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 3,9 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 20,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.


Etiketlər:  İlin əvvəlindən Türkiyənin Almaniyaya hazır geyim məhsulları ixracı milyard dolları ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ