Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin ən çox baxılan serialı finala gedir - FOTO

Türkiyənin ən çox baxılan serialı finala gedir - FOTO

Tarix: 17 Avqust 2023 21:40

Türkiyənin məşhur kanallarından biri olan "Kanal D" də yayımlanan "Veda Mektubu" final qərarı alıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Nurgül Yeşilçay, Rabia Soytürk, Bennu Yıldırımlar, Emre Kıvılcım və Selim Bayraktarın baş rol aldığı "Veda Mektubu" serialının 20-ci bölümdə finala çıxacağı gözlənilsə də, sonradan bölüm sayı artırılıb. Onun 24-cü seriyaya qədər uzadılması qərara alınıb. Hər şey yaxşı olarsa, serial daha çox baxış toplayarsa, epizodların sayının 26-cı seriyaya qədər uzadılması ehtimalı var.

Qeyd edək ki, "Veda Mektubu" serialının uzadılmasına səbəb son zamanlarda reytinqlərin daha çox artması olub.

Milli.Az


Etiketlər:  Türkiyənin ən çox baxılan serialı finala gedir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ