Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusların 50 minlik ordusu bu istiqamətdə hazır gözləyir

Rusların 50 minlik ordusu bu istiqamətdə hazır gözləyir

Tarix: 18 Avqust 2023 14:04

Rus işğalçıları təxminən 50 min əsgərini Xarkov vilayətinin Kupyansk yaxınlığında cəmləşdirə bilib. Orada peşəkar hərbçilər var.

Milli.Az Axar.az-a istinadən bildirir ki,  bunu ukraynalı hərbi ekspert Vladislav Seleznev deyib.

Seleznevin sözlərinə görə, hazırda Kupyansk yaxınlığında 1-ci tank qvardiya ordusu, 6-cı Ümumqoşun Ordusu və Baltik Donanmasının 11-ci ordu korpusunun bir sıra bölmələrinin hərbi qulluqçuları yerləşdirilib:

"Bunlar Rusiya ordusunun ən yaxşı qüvvələridir. Təxminən bir ay əvvəlki məlumatlara görə, 50 minə qədər şəxsi heyət, 400-ə yaxın tank, 650 zirehli maşın, demək olar ki, 250 artilleriya sistemi və 125 MLRS bölməsi var. Bu, çox güclü qruplaşmadır, xüsusən də artilleriya bölməsi".

Milli.Az


Etiketlər:  Rusların 50 minlik ordusu bu istiqamətdə hazır gözləyir


RƏYLƏR