Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin Şimali Kiprə sement ixracının həcmi açıqlanıb

Türkiyənin Şimali Kiprə sement ixracının həcmi açıqlanıb

Tarix: 18 Avqust 2023 16:46

Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Şimali Kiprə sement ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 17,4 faiz artıraraq, 44,5 milyon dollara çatdırıb.

Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildirilib.

İyul ayında Türkiyə Şimali Kiprə sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 5,1 faiz artıraraq, 5,3 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin sement və şüşə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz azalaraq, 2,8 milyard dollara bərabər olub.

Bu ilin iyul ayında Türkiyə 372,6 milyon dollar məbləğində sement və şüşə ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 10,7 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 5 milyard dollar məbləğində sement və şüşə ixrac edib.


Etiketlər:  Türkiyənin Şimali Kiprə sement ixracının həcmi açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ