Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu kəndin ətrafından qaz xətti keçsə də insanlar odun yandırır - VİDEO

Bu kəndin ətrafından qaz xətti keçsə də insanlar odun yandırır - VİDEO

Tarix: 18 Avqust 2023 17:44

Cəlilabadın Dövlətbəyli kəndinin sakinləri mavi yanacağın olmamasından əziyyət çəkirlər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, kəndin yaxınlığından qaz xətti keçir, amma insanlar yanacaq kimi odundan istifadə edirlər.

Sakinlər deyir ki, qazın olmaması qış aylarında onların işini xeyli çətinləşdirir.

"Odun almaq isə onlara sərf etmir."

İddialara görə, mövcud vəziyyətlə bağlı dəfələrlə aidiyyəti üzrə müraciət etsələr də, nəticəsi yoxdur.

Məsələ ilə bağlı Azəriqaz İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirdilər ki, Dövlətəlibəyli kəndi dövlət proqramı çərçivəsində 2027-ci ilə qədər qazlaşdırılacaq.

Görünən odur ki, sakinlər hələ bir müddət gözləməli olacaqlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  kəndin ətrafından xətti keçsə insanlar odun yandırır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ