Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bloqer Şəfəq: “Bəstəkar Oqtay Kazıminin qohumu məndən ödəniş tələb edir” - VİDEO

Bloqer Şəfəq: “Bəstəkar Oqtay Kazıminin qohumu məndən ödəniş tələb edir” - VİDEO

Tarix: 19 Avqust 2023 11:15

Bloqer Şəfəq Məmmədova xoşagəlməz hadisə ilə üzləşib. 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, buna səbəb Şəfəqin çəkildiyi reklamda mərhum müğənni Oqtay Ağayev oxuduğu "Eşqimin bəxti" mahnısını istifadə etməsi olması olub. 

Bloqerin sözlərinə görə, özünü bu nəğmənin bəstəkarı Oqtay Kazıminin qohumu kimi təqdim edən şəxs ondan bu mahnını icazəsiz şəkildə istifadə etdiyinə görə, ödəniş tələb edib: 

"Bundan sonra heç kim çıxıb deməsin ki, niyə bu bloqer və reklam agentlikləri milli musiqimizi təbliğ etmirlər. Yadınızdadır ki, türklər "Tərzi" serialında mərhum müğənni Şövkət Ələkbərovanın repertuarında yer alan "Məni candan usandırdı" mahnısını istifadə etmişdilər. Müəllif hüquqları bundan xəbər tutan kimi, mahnını videodan sildirdilər. Yaxşı, bunu başa düşdüm ki, bu genişçaplı bir iş idi. Bir markanın reklamına çəkildim. Fonda isə mərhum müğənni Oqtay Ağayevin "Eşqimin bəxti" mahnısını istifadə etdik. Bu nəğməni yazan mərhum bəstəkarın bilmirəm, neçənci dərəcə qohumu narazılıq və şikayətini bildirib ki, müəllif hüquqlarının ödənişini etməmisiniz. Deyir ki, siz müəllif hüquqlarını pozmusunuz və o mahnıdan istifadə etmisiniz. Yəni sovet vaxtının yazılan və xalq mahnımız olan mahnı üçün məndən ödəniş tələb edirlər. Bu, nəyə lazımdır?" 

Milli.Az


Etiketlər:  Bloqer Şəfəq Bəstəkar Oqtay Kazıminin qohumu məndən ödəniş tələb edir VİDEO


RƏYLƏR