Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Payız pəhrizi ilə 6 kiloqram arıqlayın

Payız pəhrizi ilə 6 kiloqram arıqlayın

Tarix: 19 Avqust 2023 16:21

Davamlı olaraq eyni pəhriz proqramına riayət etmək zamanla çəki atmanı çətinləşdirir. Bunun səbəbi bədənin proqrama uyğunlaşması və buna görə kalorini özündə saxlayaraq gec parçalanmağa çalışmasıdır.

Milli.Az Axsam.az-a istinadən bildirir ki, mövsümlə əlaqədar yeni meyvə-tərəvəzlərin olduğu pəhriz proqramına keçməyin tam vaxtıdır. İki həftədə 6 kiloqram arıqlamağınıza yardımçı olacaq payız pəhrizini təqdim edirik.   

1. gün

Səhər: 1 stəkan çay, qovrulmuş bibər, 1 xiyar və 1 dilim qızardılmış çörək.

Nahar: 1 porsiya balıq, 1 porsiya salat.

Şam: 1 porsiya salat, bişmiş tərəvəzlər (az yağda olmaq şərtilə göbələk, badımcan, balqabaq, yaşıl lobya, pomidor, bibər və soğan)

2. gün

Səhər: 1 stəkan çay, iki dilim pendir, 2 pomidor.

Nahar: portağal.

Şam: 1 dilim qarpız, 1 dilim yağsız kəpəkli çörək.

3. gün

Səhər: 1 stəkan çay, 2 qaynadılmış yumurta

Nahar: 1 qab salat, qızardılmış göbələk, 1 dilim çörək.

Şam: xiyar və 1 dilim kəpəkli çörəyi.

4. gün

Səhər: 1 stəkan cökə çayı, 2 dilim pendir, 2 ədəd bibər.

Nahar: 1 yumurta və 200 qram yağsız qatıq

Şam: 1 porsiya salat, 1 dilim çörək.

Şam: nar.

5. gün

Səhər: 1 alma, 1 dilim çörək.

Nahar: 1 porsiya salat, pendirli qayğanaq

Şam: 1 porsiya salat, 1 dilim çörək, az zeytun yağı ilə bişmiş tərəvəzlər

Milli.Az


Etiketlər:  Payız pəhrizi ilə 6 kiloqram arıqlayın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ