Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xoşqədəm: “O zamanlar gün ərzində iki ədəd qoz və bir ovuc düyü ilə yaşayırdım” - VİDEO

Xoşqədəm: “O zamanlar gün ərzində iki ədəd qoz və bir ovuc düyü ilə yaşayırdım” - VİDEO

Tarix: 20 Avqust 2023 02:30

Aparıcı Xoşqədəm Hidayətqızı tələbəlik illərində yaşadığı ağır və çətin günlərdən söz açıb.

Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, Xoşqədəm aparıcısı olduğu "Günaydın, Azərbaycan!" səhər şousunda tələbə ikən gün ərzində iki ədəd qoz və bir ovuc düyü ilə qidalandığını açıqlayıb.

"O zamanlar 25 rubl tələbə təqaüdü alırdım. Çox çətin vaxtlar idi. Bizə ərzaq yardımı verirdilər. Mən o ərzağı ayın başına çatdırmağa çalışırdım. Ərzaqların içində olan düyünü az-az, yəni bir ovuc qədər qaynadıb yeyirdim. Zəngilandan bir qız vardı. Onunla birgə bir otaqda qalırdım. O qıza isə atası çoxlu qoz-fındıq göndərirdi. Gün ərzində iki ədəd qoz və bir ovuc düyü ilə yaşayırdım. Tələbəlik illərimdə o acıları və əziyyətləri görməsəydim, bəlkə də indi bu insan olmazdım", - deyə Xoşqədəm vurğulayıb. 


Etiketlər:  Xoşqədəm zamanlar gün ərzində ədəd ovuc düyü ilə yaşayırdım VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ