Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2023 14:21
Şəkər xəstələrə hər zaman qidalanmalarına, sağlamlıqlarına fikir verməlidirlər. Bunun üçün onlar daim pəhriz saxlamalıdırlar.
Sonxeber.net Axsam.az-a istinadən bildirir ki, diabet xəstələri çalışıb proteyni, vitaminləri, mineralları düzgün formada qəbul etməlidirlər. Şəkər xəstələri nələrə diqqət etməlidir?
İlk növbədə yediyiniz qidaların miqdarına diqqət yetirin. Gün ərzində lazımi qədər su içməlisiniz. az da olsa ayaqla gəzməyiniz mütləqdir.
Qan şəkərini qaldıran tərəvəz, meyvə və ərzaqlar qida rasionundan çıxarılmalıdır. Bal, cem, marmelat, bəhməz yemək olmaz. Şəkərli qazlı sular, hazır meyvə şirələri, ziyandır. Onu təzə sıxılmış meyvə şirəsi ilə əvəzləyin. Şirniyyatlar, fast-foodlar, ağ undan olan qidalar şəkəri qaldırır.
Çalışın kartof, düyü, kök, qarğıdalı, üzüm qurusu, yemiş, qarpız, banan, tut, incir və üzüm yeməməlisiniz.
Diabet xəstələri alma, çiyələk, ispanaq, brokolli yeməlidir. İstifadə etdiyiniz qidaların tərkibinə darçın vurmanız xeyirlidir.