Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2023 15:32
Ukrayna Silahlı Qüvvələrinin əks-hücumu dalana dirənib. Buna səbəb isə Rusiya Silahlı Qüvvələrinin şərqdə və cənubda cəbhə boyu yerləşdirdiyi geniş mina sahələridir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu britaniyalı jurnalist Daniel Uilyams deyib.
Jurnalist Ukrayna hərbçilərinin payız başlamazdan əvvəl əhəmiyyətli qələbələr qazanmasını mümkünsüz adlandırıb:
"Ukrayna qüvvələrinin taktiki çatışmazlıqları mürəkkəb hücumlar həyata keçirmək imkanlarını məhdudlaşdırır. Bu il Ukrayna artıq əks-hücumda uğur qazana bilməyəcək".