Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pakistanda terror aktı törədilib, 13 nəfər ölüb

Pakistanda terror aktı törədilib, 13 nəfər ölüb

Tarix: 20 Avqust 2023 16:52

Pakistanın şimal-qərbində törədilən terror aktı nəticəsində azı 13 nəfər ölüb, 2 nəfər yaralanıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Dawn" qəzeti polisə istinadən məlumat yayıb.

İnsident Əfqanıstanla sərhəd olan Xayber-Paxtunxva əyalətinin Şimali Vəziristan rayonunda qeydə alınıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, silahlılar ölkənin təhlükəsizlik qüvvələrinin karvanına zərbə endirmək niyyəti ilə yol kənarına bomba yerləşdiriblər.

Milli.Az


Etiketlər:  Pakistanda terror aktı törədilib 13 nəfər ölüb


RƏYLƏR