Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstanbulda quraqlıq təhlükəsi yaranıb: əhaliyə çağırış...

İstanbulda quraqlıq təhlükəsi yaranıb: əhaliyə çağırış...

Tarix: 20 Avqust 2023 20:48

İstanbul meri Əkrəm İmamoğlu 16 milyon əhalisi olan şəhərin sakinlərini Türkiyə metropolisindəki quraqlıq təhlükəsi ilə əlaqədar suya qənaət etməyə çağırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İstanbul meri X (Tviter) hesabında yazıb.

"Proqnozlara görə, bu həftə İstanbulda yağıntı gözlənilmir. Bütün vətəndaşlarımızı sudan istifadə edərkən və ona qənaət edərkən daha diqqətli olmağa çağırıram. Şəhərimiz və ölkəmiz quraqlıq təhlükəsi ilə üz-üzədir", - o yazıb.

Yayın isti və quraq keçməsi ilə əlaqədar olaraq İstanbulun su anbarlarında su ehtiyatı bazar günü normanın 32,38%-nə qədər azalıb ki, bu da son 9 ilin ən aşağı göstəricisidir.

Hava proqnozlarına görə, gələn həftə İstanbulda orta temperatur 30 dərəcəni keçəcək.

Milli.Az


Etiketlər:  İstanbulda quraqlıq təhlükəsi yaranıb əhaliyə çağırış


RƏYLƏR