Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bank rəhbəri qadın tualetinə gizli kamera quraşdırdı, sonra...

Bank rəhbəri qadın tualetinə gizli kamera quraşdırdı, sonra...

Tarix: 21 Avqust 2023 08:08

Hindistanın Qucarat ştatında Pəncab Milli Bankının filiallarından birinin rəhbəri Axileş Saini qadın tualetində çəkiliş apararkən yaxalanıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "DeshGujarat" məlumat yayıb.

Avqustun 10-da işçilərdən biri qadın tualetində qapının üstündə gizli kamera aşkarlayıb. O, baş verənləri Axileş Sainiyə danışıb və vəziyyəti İnsan Resursları ilə müzakirə etməyi təklif edib. Lakin həmin şəxs həmkarını saxlayıb və kameranı 3 gün əvvəl özü quraşdırdığını etiraf edib. O, işçidən üzr istəyib və ondan polisə şikayət etməməsini istəyib.

Əvvəlcə qadın hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağa cəsarət etməsə də, əri təkid edib. Sonda o, menecerə qarşı şikayət ərizəsi yazıb və onu bank işçilərini gizli şəkildə lentə almaq və şəkil çəkmək üçün gizli kamera quraşdırmaqda ittiham edib.

Bundan sonra bank filialına gələn hüquq-mühafizə orqanlarının əməkdaşları gizli kameranı götürüblər. Hazırda onun kriminalistika laboratoriyasına verilməsi məsələsi həll edilir. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Bank rəhbəri qadın tualetinə gizli kamera quraşdırdı sonra


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ