Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sevinc Sadıqova həbs edildi - Tik-Tok-da dələduzluq edirmiş... - FOTO

Sevinc Sadıqova həbs edildi - Tik-Tok-da dələduzluq edirmiş... - FOTO

Tarix: 21 Avqust 2023 10:54

Sumqayıt şəhərində avtobusda sərnişinlərdən birinin əl çantası oğurlanıb.

Daxili İşlrə Nazirliyindən (DİN) Milli.Az-a verilən məlumata görə, zərərəçəkən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edərək içərisində 900 manat, bank kartları, qızıl-zinət əşyaları və digər qiymətli əşyalar olan çantanın oğurlandığı barədə məlumat verib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Sevinc Sadıqova saxlanılıb. O, ifadəsində etdiyi oğurluq hadisəsini etiraf edib.

Araşdırmalar zamanı S.Sadıqovanın Tik-Tok sosial şəbəkəsində özünü ev təmiri ilə məşğul olan usta kimi təqdim edərək ona müraciət edən şəxslərin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirdiyi də məlum olub. S.Sadıqova barəsində 4-cü Polis Bölməsində araşdırmalar davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa "102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Milli.Az


Etiketlər:  Sevinc Sadıqova həbs edildi Tik Tok da dələduzluq edirmiş FOTO


RƏYLƏR