Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rihannanın ikinci dəfə də oğlu olubmuş

Rihannanın ikinci dəfə də oğlu olubmuş

Tarix: 22 Avqust 2023 15:40

Xəbər verdiyimiz kimi, avqustun əvvəlində barbadoslu müğənni Rihannanın ikinci övladı olduğu ortaya çıxıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, xarici mediada yer alan məlumatlara görə, avqustun 3-də ikinci övladını qucağına alan Rihannanın qızı yox, oğlu dünyaya gəlib. Belə ki, ifaçının qızı olması ilə bağlı iddialar öz təsdiqini tapmayıb.

Körpə Los-Ancelesdə doğulub. Onun adı dəqiqləşdirilməsə də, adının "R" hərfi ilə başladığı ortaya çıxıb.

Qeyd edək ki, müğənninin reper nişanlısı Eysap Rokidən ötən ilin mayında oğlu dünyaya gəlib.


Etiketlər:  Rihannanın ikinci dəfə oğlu olubmuş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ