Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cavanşirdən Lalə Azərtaşa: “Sən “Xəzər” kanalını heyvanxanaya bənzədirsən?” - VİDEO

Cavanşirdən Lalə Azərtaşa: “Sən “Xəzər” kanalını heyvanxanaya bənzədirsən?” - VİDEO

Tarix: 23 Avqust 2023 15:25

Əməkdar artist Cavanşir Məmmədov növbəti dəfə "Təsir Dairəsi" ictimai-sosial verilişinin aparıcısı Lalə Azərtaşa sərt mesajlar yollayıb.  

Milli.Az bizim.media-ya istinadən bildriir ki, sənətçi qonaq olduğu "Gəl danış" ictimai-sosial proqramda "kürəkəni", türk vətəndaşı Mustafa İbili ilə yaşadığı qalmaqallı məhkəmə çəkişməsindən danışıb.  

Cavanşir bildirib ki, sözügedən məsələni verilişində işıqlandıran Lalə proqram boyunca Mustafanı müdafiə edib. Aparıcının "Verilişimə şir kimi gəlib, pişik kimi gedən görmüşəm" sözlərinə Məmmədovun cavab reaksiyası belə olub: 

"Təsir dairəsi" ictimai-sosial verilişinin aparıcısı Lalə Azərtaş deyir ki, bu adam  ("kürəkəni" iş adamı Kemal Mustafa İbilini nəzərdə tutur - red.) efirin bitməsinə 15 dəqiqə qalmış verilişə gəlib, biz heç bilmirik o nə danışacaq. Belə bir şey ümumiyyətlə televiziya və radio tarixində olmayıb. Məsələn mən verilişdə filankəslə danışıram həmin an kimsə gəlib bizim danışığımıza müdaxilə edir. Sən (Lalə Azərtaş - red.) televiziya məkanını sirkə bənzədirsən. Deyir ki, verilişimə şir kimi gəlib, pişik kimi gedən görmüşəm. "Xəzər" televiziyasının studiyasını sən sirkə, heyvanxanaya bənzədirsən? Deyir ki, mən hakiməm. Lalə xanım, hakim prezidentin sərəncamı ilə təqdim edilir. Sən nəyin hakimisən? Sən jurnalistikanı bitirmisən? Deyir ki, Kemal Mustafaya dələduz deməyin. Niyə o "peyğəmbər"dir ki? Dələduz bəs kimə deyilir?". 

Qeyd edək ki, Mustafa İbili həmin verilişə gələrək Cavanşir Məmmədov tərəfindən aldadılaraq 300 min dollarının mənimsənildiyini açıqlamışdı. 

Əməkdar artist isə bu iddianın əsassız olduğunu və qarşı tərəfin onun ailəsinə 100 min dollara yaxın borclu olduğunu söyləmişdi. Daha sonra Mustafa məhkəmə zalında həbs olunub və 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Milli.Az


Etiketlər:  Cavanşirdən Lalə Azərtaşa Sən Xəzər kanalını heyvanxanaya bənzədirsən VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ