Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2023 15:32
Ukrayna ordusunun Rusiyanın Belqorod vilayətində sanatoriyanı atəşə tutması nəticəsində 3 nəfər ölüb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib.
Onun sözlərinə görə, Ukrayna qüvvələri sanatoriyanı pilotsuz uçuş aparatları ilə atəşə tutub.
Qeyd edək ki, Belqorod vilayətində Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda yüksək səviyyədə terror təhlükəsi rejimi elan olunub.