Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İnternetdə oxumaqla, özündə xərçəng tapmaq olurmu?- Hiperdiaqnostikanın fəsadları

İnternetdə oxumaqla, özündə xərçəng tapmaq olurmu?-  Hiperdiaqnostikanın fəsadları

Tarix: 24 Avqust 2023 01:02

İnternetdə simptomlarımı oxudum, əlamətlər xərçəngə uyğundur? Mən xəstəyəm? Həkimə gedirəm, o isə gülür və məni dəqiq müayinə etmir. Axı internetdə bu xərçəngi göstərir.

Artıq çox pasiyentlər və həkimlər internetdə diaqnoq oxuyub tapmaqdan gileylənir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, məşhur onkoloq Yuliya Vaxabova bunun həm mənfi, həm müsbət tərəflərinin olduğunu bildirib.

Onun sözlərinə görə, söhbət xəstəliyin əlamətlərini "google"da axtarmağa qərar verən və özlərinə dəhşətli diaqnoz qoyan insanlardan gedir.

"Xərçəngi onlayn \ müəyyən etmək mümkün deyil. Bunun üçün hərtərəfli müayinə aparmaq lazımdır,. Bir şişiniz olsa belə, bunun bədxassəli olması anlamına gəlmir. Buna görə də şübhələnməkdə haqlı ola bilərsiz, amma dərhal şübhələrinizi aradan qaldıracaq onkoloqla əlaqə saxlamalısınız.

Onkosayıqlıq yaxşıdır, oxuyub şübhələnmək erkən diaqnostikaya yardım edir. Əlamətləri bilməyib, oxumayıb, arxayın olub, gecikmiş mərhələdə həkimə getməkdənsə, bu daha faydalıdır. Amma internetdə oxuduğunuz hər məlumat ciddi diaqnoz demək deyil.

Milli.Az


Etiketlər:  İnternetdə oxumaqla özündə xərçəng tapmaq olurmu Hiperdiaqnostikanın fəsadları


RƏYLƏR