Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqası: “Qalatasaray” Norveçdə qələbə qazanıb

Çempionlar Liqası: “Qalatasaray” Norveçdə qələbə qazanıb

Tarix: 24 Avqust 2023 07:20

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları çərçivəsində daha 3 görüş keçirilib.

Sonxeber.net "report"a istinadən bildirir ki, Türkiyə çempionu "Qalatasaray" səfər matçına çıxıb.

İstanbul nəhəngi Norveçdə yerli "Molde"ni son dəqiqələrdə vurduğu qol sayəsində məğlub edib.

İsraildə Hayfa "Makkabi"si ilə İsveçrənin "Yanq Boyz" komandasının duelində qalib müəyyənləşməyib.

Portuqaliya təmsilçisi "Braqa" isə doğma meydanında Yunanıstan "Panatinaikos"unu minimal fərqlə üstələyib.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
23 avqust

23:00. "Braqa" (Portuqaliya) - "Panatinaikos" (Yunanıstan) - 2:1
Qollar: Abel Ruiz, 51, Alvaro Djalo, 73 - Daniel Mançini, 90+5

23:00. "Makkabi" (Hayfa, İsrail) - "Yanq Boyz" (İsveçrə) - 0:0

23:00. "Molde" (Norveç) - "Qalatasaray" (Türkiyə) - 2:3
Qollar: Martin Ellinqsen, 8, Kristoffer Hyugen, 56 - Sergio Oliveyra, 25, Mauro İkardi, 29, Fredrik Midtsyo, 90+3

Qeyd edək ki, bu cütlərdə cavab görüşləri avqustun 29-da keçiriləcək.


Etiketlər:  Çempionlar Liqası Qalatasaray Norveçdə qələbə qazanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ