Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2023 10:20
"Franklin" tropik qasırğası Haiti adası və Dominikan Respublikasına yaxınlaşır.
"Franklin"in adanın üzərindən keçəcəyi və 25-38 sm yağıntı, sürüşmə və daşqınlar gətirə biləcəyi gözlənilir.
Qasırğanın içindəki küləyin maksimal sürəti 75 km/saata çatır və o, təxminən 15 km/saat sürətlə adaya doğru hərəkət edir.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Haiti Baş naziri Ariel Anri sakinləri su, qida və dərman ehtiyatları əldə etməyə çağırıb.
Dominikan Respublikasında isə hakimiyyət məktəbləri, dövlət idarələrini və bir neçə hava limanını ən azı 24 saat müddətinə bağlayıb.