Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2023 16:05
Dünyaca məşhur stilist və vizajist Anar Ağakişiyev növbəti dəfə türk sənət musiqisinin divası Bülənt Ərsoyla bir araya gəlib.
Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, Ağakişiyev bu dəfə də böyük məharətlə Ərsoyu 180 dərəcə dəyişib.
Belə ki, məkanların birində canlı solo konsert proqramı ilə çıxış edən Bülənt makiyajını yenidən Anara həvalə edib. Stilistin diva üçün etdiyi makiyaj sosial şəbəkə əhli tərəfindən maraq, eyni zamanda bəyənmə ilə qarşılanıb.
İzləyicilər Anarın bu işinə təriflər yağdırıraq, Büləntin olduqca təbii görünüş əldə etdiyini yazıblar.