Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putin üçün ən pis ssenari: vaqnerçilər üsyana qalxır?

Putin üçün ən pis ssenari:  vaqnerçilər üsyana qalxır?

Tarix: 24 Avqust 2023 18:38

Mümkündür ki, "Vaqner" lideri Yevgeni Priqojini qiyamın təşkilatçıları qətli Vladimir Putinin üzərinə yıxmaq və onu hakimiyyətdən uzaqlaşdırmaq üçün öldürüblər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.

"İki dəhşətli müharibə cinayətkarı Priqojin və Utkin məhv edildi. Bu, Ukrayna üçün çox böyük uğurdur. Amma hesab edirəm ki, üçüncü böyük cinayətkar Putinin hakimiyyəti və həyatı indi təhlükə altındadır", - Piontkovski bildirib.

Politoloqun sözlərinə görə, Putin Priqojinə nifrət etsə də, onu öldürməyə hazırlaşmırdı:

"Priqojin əhalinin 10 faizini təşkil edən "z-vətənpərvərlərin" qəhrəmanı idi. Ölü Priqojin Putin üçün diri Priqojindən daha qorxuncdur. İndi "z-vətənpərvərlər", priqojinçilər Rublyovkanı (Vladimir Putin və Rusiya elitasının iqamətgahlarının yerləşdiyi rayon) qarət etməyə yollanacaqlar

Milli.Az


Etiketlər:  Putin üçün ən pis ssenari vaqnerçilər üsyana qalxır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ