Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə ilə BƏƏ ikitərəfli ticarət və investisiyaların artırılması üzrə işləri sürətləndirir

Türkiyə ilə BƏƏ ikitərəfli ticarət və investisiyaların artırılması üzrə işləri sürətləndirir

Tarix: 25 Avqust 2023 10:46

Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri ikitərəfli ticarət və investisiyaların artırılması üzrə işləri sürətləndirir.

Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, bunu Türkiyənin ticarət naziri Ömer Bolat bildirib.

"Gələn həftə qüvvəyə minəcək Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi ilə iqtisadi əlaqələrimizdə başlayacaq yeni dövr üçün planlarımızı müzakirə etdik, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Abu-Dabiyə səfəri zamanı razılaşdırılan investisiya sahələri və həyata keçirilən layihələrlə bağlı fikir mübadiləsi apardıq. İş adamlarımızın iştirakı ilə Birgə İqtisadi və Ticarət Komissiyası (JETCO) toplantısının ilk iclasını Türkiyədə keçirməyi qərara aldıq", - deyə o bildirib.

Qeyd edək ki, Ö.Bolatla BƏƏ-nin xarici ticarət üzrə dövlət naziri Dr. Tani bin Əhməd Əl Zeyudi arasında G20 Ticarət və İnvestisiya Nazirləri Sammitinin 2-ci günündə görüş keçirilib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 19 iyul tarixində Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər edib. BƏƏ-də 50,7 milyard dollar dəyərində 13 müqavilə imzalanıb.


Etiketlər:  Türkiyə ilə BƏƏ ikitərəfli ticarət investisiyaların artırılması üzrə işləri sürətləndirir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ