Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qafan-İrəvan aviareysi bu gün baş tutmayıb

Qafan-İrəvan aviareysi bu gün baş tutmayıb

Tarix: 25 Avqust 2023 13:38

Ermənistan mənbələri yazır ki, İrəvandan Qafana təyyarə gəlmədiyinə görə əks istiqamətdə də uçuş olmayıb.

İrəvana bilet almış şəxslər isə taksi, ya da şəxsi avtomobilləri ilə Ermənistan paytaxtına yollanmalı olublar.

Qeyd edək ki, Ermənistan hökuməti bu həftənin əvvəlindən İrəvandan Azərbaycanla həmsərhəd olan Qafan şəhərinə müntəzəm reyslərin həyata keçirilməsinə başlanıldığını bildirib.

Lakın İrəvanın bu qərarı Azərbaycanda kəskin etirazla qarşılanıb. Bakıda hesab edirlər ki, Qafan aeroportu sərhədin çox yaxınlığında yerləşdiyindən Ermənistan müntəzəm aviareyslərə başlama qərarını Azərbaycanla razılaşdırmalıydı.

Milli.Az


Etiketlər:  Qafan İrəvan aviareysi bu gün baş tutmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ