Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ Silahlı Qüvvələrinin rəsmisi: "F-16 qırıcıları tezliklə Ukraynaya təhvil veriləcək”

ABŞ Silahlı Qüvvələrinin rəsmisi:

Tarix: 25 Avqust 2023 17:42

"ABŞ-nin F-16 qırıcıları tezliklə Ukraynaya təhvil veriləcək".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi Mark Milli xarici KİV-ə müsahibəsində deyib.

O bildirib ki, qırıcılar yaxın gələcəkdə tədarük ediləcək.

M.Milli, həmçinin söyləyib ki, ATACMS uzaqmənzilli taktiki raket komplekslərinin Ukraynaya verilməsi məsələsi hələ də Vaşinqtonda müzakirə olunur: "Bu, mübahisəli mövzudur. Hələ ki, müzakirələr davam edir".

Qeyd edək ki, avqustun 18-də media ABŞ-nin F-16 təyyarələrinin Danimarka və Niderlanddan Ukraynaya təhvil verilməsinə razılıq verdiyi barədə məlumat yayıb. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan vurğulayıb ki, Ukrayna pilotların təlimi başa çatdıqdan sonra qırıcı təyyarələr alacaq.

Ukraynalı pilotlar təlim keçmək üçün Danimarkaya gediblər.

Daha əvvəl Niderlandın müdafiə naziri Kaysa Ollonqren F-16-ların yaxın gələcəkdə Ukraynaya veriləcəyini söyləmişdi.

Milli.Az


Etiketlər:  ABŞ Silahlı Qüvvələrinin rəsmisi F 16 qırıcıları tezliklə Ukraynaya təhvil veriləcək


RƏYLƏR