Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2023 11:14
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Nazirlər Kabinetinə Qazaxıstan-Qırğızıstan sərhədindəki keçid məntəqələrində yaranmış vəziyyəti həll etməyi tapşırıb.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
"Dövlət başçısı hökumətə Qazaxıstan-Qırğızıstan sərhədində yaranmış vəziyyəti ölkələrimiz arasında tərəfdaşlıq və qardaşlıq münasibətləri ruhunda həll etməyi tapşırıb", - məlumatda deyilir.
Qeyd edək ki, Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyi avqustun 24-də Qazaxıstanın Avrasiya İqtisadi İttifaqı çərçivəsində malların hərəkət azadlığını məhdudlaşdırdığını açıqlayıb. Nazirlikdən verilən məlumata görə, sərhəddə Qazaxıstan tərəfindən nəzarət-yoxlama tədbirləri gücləndirilib və bu, yük maşınlarının sərhəddən keçməsini ləngidib.