Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2023 12:00
"WhatsApp" istifadəçiləri videoları yüksək keyfiyyətlə göndərə biləcəklər.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə "9To5Mac" portalında elan edilib.
Məqalə müəllifləri izah ediblər ki, əvvəllər mesencerdə videolar avtomatik olaraq 480p təsvir ölçüsünə sıxılırdı, yəni təsvirin keyfiyyəti azalırdı. Yeni funksiya ilə istifadəçilər video yükləməzdən əvvəl standart və yüksək keyfiyyət arasında seçim edə biləcəklər.
"Əgər siz "HD Quality" funksiyasından istifadə etsəniz, video 720p ölçüsündə göndəriləcək. Bu, hələ də 1080p və ya 4K-dan çox aşağıdır, lakin görüntü keyfiyyəti daha məqbul olacaq", - deyə onlar bildiriblər.
Yeniləmələr tətbiqin "Android" və "iOS" cihazları üçün ən son versiyasında mövcuddur.