Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2023 13:04
"Vaqner" rəhbəri Yevgeni Priqojinin və iki müavininin ölümündən sonra muzdlular Rusiya ordusuna birləşdirilərək qırğın üçün Ukraynaya geri göndəriləcək.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko deyib.
"Muzdlular Rusiya ordusuna inteqrasiyanı gözləyirlər, onlar artıq Müdafiə Nazirliyi ilə müqavilələr imzalayırlar, heç bir müqavimət olmayacaq. Tezliklə onlar Ukraynada döyüş bölgəsində görünəcəklər", - Kovalenko bildirib.
Ekspertin sözlərinə görə, muzdluların dəqiq hara göndəriləcəyi cəbhədəki vəziyyətdən asılı olacaq.